Modern.az

Özbəkistan səfiri Rusiya XİN-ə çağırıldı 

Özbəkistan səfiri Rusiya XİN-ə çağırıldı 

Dünya

14 Fevral 2024, 22:23

Özbəkistanın Moskvadakı səfiri Botircon Asadov ölkənin jurnalistika universitetinin rektoru Şirzod Kudratxocayevin təhqiramiz bəyanatlarına görə Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Nazirlikdən məlumat verilib.

 

Məlumata görə, Moskva əmindir ki, daxildən və ya xaricdən Rusiya Federasiyası və Özbəkistan xalqları arasında çəkişmə cəhdləri uğursuzluğa məhkumdur.

 

“Rusiya Federasiyası Özbəkistan Xarici İşlər Nazirliyinin Kudratxocayevin iyrənc bəyanatlarına prinsipial qiymət verən rəsmi şərh təqdim edəcəyini gözləyir”, - deyə Rusiya XİN-dən bildirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə