Modern.az

Rusiyanın Ukraynadakı itkiləri 400 minə çatır

Rusiyanın Ukraynadakı itkiləri 400 minə çatır

Dünya

15 Fevral 2024, 12:02

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 950 hərbçisini itirib.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 399 090 nəfərə çatıb.

 

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 9 tank, 47 zirehli döyüş maşını, 54 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə