Modern.az

Zelenski Makron və Şoltsla təhlükəsizlik sazişləri imzalayacaq

Zelenski Makron və Şoltsla təhlükəsizlik sazişləri imzalayacaq

Dünya

15 Fevral 2024, 16:14

Almaniya və Fransaya səfəri zamanı Ukrayna prezidenti Volodimir Zelenski Emmanuel Makron və Olaf Şolts ilə Ukrayna üçün ikitərəfli təhlükəsizlik sazişləri imzalayacaq.

 

Modern.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

 

Məlumata görə, Yelisey Sarayı hələlik təfərrüatları açıqlamayıb.

 

Qeyd edilib ki, bu razılaşma 2023-cü ilin iyulunda Vilnüsdə NATO sammiti çərçivəsində G7 formatında qəbul edilmiş öhdəliklərdən irəli gəlir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?