Ermənistan 2024-cü ildə RF Tatarıstanın paytaxtı Kazanda keçiriləcək “Gələcək Oyunları” beynəlxalq turnirində iştirak etməyəcək.
Modern.az xəbər verir ki, bunu Ermənistanın Elm, Təhsil, Mədəniyyət və İdman Nazirliyinin nümayəndəsi Artur Sedrakyan "Sputnik Armenia"ya bildirib.
O deyib ki, bu il oyunlarda iştirak üçün heç bir maliyyə ayrılmayıb və Ermənistandan Kazana yalnız nazir müavini Karen Giloyan gedəcək.
"İştirak üçün bildiriş aldıq və onu qeydiyyatdan keçmiş bir neçə qurumun e-poçt ünvanlarına göndərdik, lakin mənfi cavab aldıq: onların müsabiqədə iştirak etmək üçün namizədləri yox idi", - deyə Sedrakyan izah edib.
Qeyd edək ki, fevralın 21-dən martın 3-dək keçiriləcək turnirdə 260-dan çox komanda və 2000-dən çox idmançı iştirak edəcək.