Modern.az

Macarıstan Ukraynada minatəmizləmə üzrə NATO koalisiyasına qoşuldu

Macarıstan Ukraynada minatəmizləmə üzrə NATO koalisiyasına qoşuldu

Dünya

16 Fevral 2024, 11:44

Macarıstan Ukraynadakı minaları təmizləmək üçün NATO koalisiyasına qoşulub.

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Macarıstanın müdafiə naziri Kriştof Salay-Bobrovnitski bildirib:

 

"Müharibə şəraitində olan Ukraynada minalardan təmizləmə əhalinin gündəlik həyatına təsir edən ən aktual vəzifələrdən biridir. Macarıstan Müdafiə Qüvvələri minalardan təmizləmə təlimləri keçirməklə Litvanın rəhbərlik etdiyi koalisiyanın fəaliyyətinə töhfə verəcək".

 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə