Modern.az

Qərbin Ukraynanı silah-sursat təminatı ilə bağlı RƏQƏMLƏR

Qərbin Ukraynanı silah-sursat təminatı ilə bağlı RƏQƏMLƏR

Dünya

16 Fevral 2024, 12:08

Avropa ölkələri 2022-ci ilin fevralında Rusiyanın tammiqyaslı işğalının əvvəlindən Ukraynanı silah, hərbi texnika və sursatla təmin edir.

 

Modern.az xəbər verir ki, bununla bağlı Keele Universitetinin Dünya İqtisadiyyatı İnstitutunun 2023-cü il məlumatları açıqlanıb.

 

Məlumata görə, bu dövrdə ABŞ-ın ümumi tədarük öhdəliklərinin 43%-i, bütün Aİ ölkələri və qurumları isə 47%-ni təşkil edib.

 

Avropadan Ukraynaya hərbi təchizat əsasən iki mənbədən gəlir: hərbi anbarlarda mövcudluq, eləcə də istehsal. Qeyd olunub ki, son vaxtlara qədər Ukraynaya əsas təchizat Avropa ordularının mövcud arsenallarından gəlib ki, bu, daha sürətli və asan olub.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?