Modern.az

Bolqarıstanın Baş naziri istefa verəcək

Bolqarıstanın Baş naziri istefa verəcək

Dünya

18 Fevral 2024, 21:07

Bolqarıstanın Baş naziri Nikolay Denkov əvvəlcədən razılaşdırılmış rotasiya çərçivəsində martın 6-da vəzifəsindən istefa vermək niyyətini təsdiqləyib.

 

Modern.az xəbər verir ki, Nikolay Denkov bu barədə Münxen Təhlükəsizlik Konfransından qayıdarkən keçirdiyi brifinqdə açıqlama verib.

 

“Martın 6-da mən istefa verəcəyəm. Normal konstitusiya proseduru var və hökumət növbəti qərar qəbul olunana qədər öz vəzifələrini yerinə yetirməyə davam edəcək”, – deyə Nikolay Denkov bildirib.

 

O qeyd edib ki, yeni hökumətdə Xarici İşlər Nazirliyinə kimin rəhbərlik edəcəyi məsələsi hələ də açıq qalır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?