"Ermənistan Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyil və bu, bizim dürüst mövqeyimizdir".
Modern.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Münhendə erməni icması ilə görüşdə deyib.
"Təəssüf edirik ki, bu vəziyyətə təsir edə bilmirik. Ukrayna xalqı bizim doğma xalqımızdır, biz nankorluq edə bilmərik. Ermənilər Ukraynada özlərini həmişə yaxşı hiss edib", - o qeyd edib.
Paşinyan bildirib ki, MDB-nin yaradılması ilə bağlı 1991-ci il Alma-Ata Bəyannaməsi Ukrayna ətrafındakı vəziyyətə də şamil edilməlidir.