Modern.az

Almaniya hava limanlarında növbəti tətillər başlayır

Almaniya hava limanlarında növbəti tətillər başlayır

Dünya

19 Fevral 2024, 10:56

Almaniya hava limanlarında yeni tətil fevralın 20-də keçiriləcək.

 

Modern.az "Deutsche Welle"yə istinadən xəbər verir ki, bu, 100 mindən çox sərnişinə təsir edəcək.

 

"Lufthansa" yerüstü xidməti heyətinin növbəti tətili fevralın 20-də səhər saat 4-də başlayacaq və növbəti gün səhər saat 7-dək davam edəcək. Hamburq, Berlin, Münhen, Düsseldorf, Frankfurt-Mayn, Köln və Ştutqart hava limanlarının işçiləri tətil edəcək.

 

İşçi heyətini tətildə iştirak etməyə çağıran ittifaq tətilin çoxsaylı uçuşların ləğvi və gecikmələrinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. "Lufthansa"nın məlumatına görə, bu, 100 mindən çox sərnişinin planlarına təsir edəcək.

 

Həmkarlar ittifaqı sərnişinlərə və baqajlara nəzarət edən hava limanı işçilərinin maaşlarının 12,5% (ayda ən azı 500 avro) artırılmasını tələb edir. Bundan əlavə, inflyasiyanı kompensasiya etmək üçün 3000 avro məbləğində birdəfəlik bonuslar istənilir. "Lufthansa" işçiləri sonuncu dəfə fevralın 7-də tətil etmişdilər.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə