"Ukrayna 5 ay Rusiyanın təcavüzünü dəf etməyə hazırlaşıb".
Modern.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Quru Qoşunlarının komandanı Aleksandr Pavlyuk deyib.
Onun sözlərinə görə, 2021-ci ilin payızından bəri tammiqyaslı müharibə anlayışı var idi, lakin hərbi əməliyyatların böyük miqyasını müəyyən etmək çətin idi.
"Düşməni uğurla qarşılamaq və onu maksimum məğlubiyyətə uğratmaq üçün payızdan etibarən müəyyən tədbirlər görməyə başladıq. Anlayırdıq ki, qüvvələr və vasitələr balansı bizim xeyrimizə deyil və olmayacaq, lakin hələ də seçimimiz yox idi - biz sağ qalmalı idik”, - o vurğulayıb.
Pavlyukun sözlərinə görə, fevral ayına qədər Ukrayna Silahlı Qüvvələri düşməni ləyaqətlə qarşılamaq üçün əlindən gələni edib və bütün mövqelər mümkün qədər gücləndirilib, bütün ehtiyatlar hərəkətə gətirilib: "Ona görə də birinci gün bütün komanda mərkəzləri, idarəetmə məntəqələri və Ukrayna qoşunlarının cəmləşməli olduğu yerlər və anbarlar vurulanda onlar boş yerə çıxdılar".
Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.