"Qərb siyasətçilərinin Navalnının ölümü ilə bağlı bəyanatları dövlət adamlarına yaraşmır".
Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov iddia edib.
Peskov Qərb siyasətçilərinin Navalnının ölümü ilə bağlı bəyanatlarını boş adlandırıb. O, Navalnının cəsədinin qohumlarına verilməsi ilə bağlı vəziyyəti şərh etməyib: “Bu, Kremlin işi deyil”.
"Rusiya və Ermənistanın Ukrayna ilə bağlı mövqeləri diametrik olaraq fərqlidir, Rusiya Federasiyası bunun düzgün olduğunu israrla izah etməyə davam edəcək", - o bildirib.