Modern.az

"Sovetski"dəki bu bina qorunan abidələrin siyahısında deyilmiş - FOTO

Dünya

19 Fevral 2024, 16:40

Bir neçə gündür, sosial şəbəkədə Keçmiş “Sovetski” ərazisində söküntü sahəsinə yaxın yerdə mövcud olan yaşayış binasının sökülməsinə dair etirazlar yazılır.

 

Modern.az-ın məlumatına görə, məsələ ilə əlaqədar Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən APA-ya bildirilib ki, Yasamal rayonu, Səid Rüstəmov küçəsi 31 ünvanında yerləşən, inşa tarixi 1911-ci ilə aid olan bina memarlıq abidəsi kimi dövlət mühafizəsində olan abidələrin siyahısında mövcud deyil.

 

"Buna baxmayaraq, binanın tarixi və memarlıq əhəmiyyəti nəzərə alınaraq qorunması məqsədilə daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilməsi ilə bağlı təklifə baxılır".

 

1325154

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə