Modern.az

Müharibə tezliklə Rusiyanın qələbəsi ilə başa çatacaq - Medvedev

Müharibə tezliklə Rusiyanın qələbəsi ilə başa çatacaq - Medvedev

Dünya

19 Fevral 2024, 17:28

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynadakı müharibənin tezliklə qələbə ilə bitəcəyinə əminliyini ifadə edib.

 

Modern.az Rusiya KİV-inə istinadən xəbər verir ki, o, bu barədə əməliyyatlarda iştirak edən çeçen komandirlərlə görüşündə deyib.

 

O söyləyib ki, qələbə tezliklə təmin olunacaq: "Rusiyanın hərbi qüdrəti dünyanın heç bir ölkəsindən geri qalmır”.

 

D.Medvedevin sözlərinə görə, bu gün Rusiyanın taleyi həll olunur.

 

Qeyd edək ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb. Moskva bu müharibəni xüsusi əməliyyat adlandırır.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə