Modern.az

Portuqaliya Prezidenti İlham Əliyevə məktub yazdı 

Portuqaliya Prezidenti İlham Əliyevə məktub yazdı 

Dünya

19 Fevral 2024, 18:50

Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo de Souza Azərbaycan Respublikasının İlham Əliyevə təbrik məktubu göndərib.

 

Modern.az xəbər verir ki, məktubda deyilir:

 

"Hörmətli cənab Prezident.

 

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizə Portuqaliya xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırır və ali dövləti fəaliyyətinizdə Sizə uğurlar arzulayıram.

 

Əminəm ki, ölkələrimizi və xalqlarımızı birləşdirən əlaqələri ikitərəfli səviyyədə bütün sahələrdə və çoxtərəfli konteksdə daha da inkişaf etdirəcəyik.

 

Cənab Prezident, bir daha Sizə təbriklərimi çatdırır, Azərbaycan xalqının firavanlığı və inkişafı üçün ən xoş arzularımı qəbul etməyinizi xahiş

edirəm".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə