Modern.az

Macarıstan Rusiyaya qarşı sanksiyalara veto qoymayacaq

Macarıstan Rusiyaya qarşı sanksiyalara veto qoymayacaq

Dünya

19 Fevral 2024, 20:26

Macarıstan Rusiyaya qarşı Avropa sanksiyalarının 13-cü paketinə veto qoymağı planlaşdırmır.

 

Modern.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyerto məlumat verib.

 

Onun sözlərinə görə, müzakirə mərhələsində Macarıstanın maraqlarına zidd olan bütün məqamlar aradan qaldırılıb.

 

“13-cü sanksiyalar paketinin hazırlanması mərhələsində Macarıstanın iqtisadi maraqlarına zidd olan bütün elementləri ondan çıxarmaq mümkün idi. Ona görə də hesab edirik ki, bu baxımdan vetodan istifadə etmək mənasız olar”, - deyə nazir Brüsseldə jurnalistlərlə görüşündə bildirib.

 

Nazir vurğulayıb ki, o, təkcə indiki sanksiyalar paketinin deyil, həm də əvvəlkinin - 12-nin tətbiqini yanlış qərar hesab edir. Siyertonun sözlərinə görə, Rusiya iqtisadiyyatına yönəlmiş sanksiyalar Avropaya daha böyük ziyan vurub.

 

Qeyd edək ki, Brüsseldə Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri səviyyəsində Rusiyaya qarşı 13-cü sanksiyalar paketi razılaşdırılır. Paketin müharibənin ikinci ildönümündə - fevralın 24-də qəbul edilməsi planlaşdırılır.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə