Modern.az

Kanada Ukraynaya 800-dən çox PUA verir

Kanada Ukraynaya 800-dən çox PUA verir

Dünya

20 Fevral 2024, 09:56

Kanada Ukraynaya 800-dən çox dron tədarük edəcək.

 

Modern.az xəbər verir ki, bunu ölkənin milli müdafiə naziri Uilyam Bleyr bildirib.

 

Belə ki, Kanada Ukraynaya ümumi dəyəri 70,44 milyon dollar (95 milyon Kanada dolları) olan 800-dən çox "SkyRanger R70" pilotsuz uçuş aparatını təhvil verəcək.

 

"Bu, Ukraynanın davam edən mübarizəsi üçün kritik olan hədəfləri müəyyən etmək üçün lazım olan dronları almasını təmin edir. Kanada lazım olduğu müddətdə Ukraynanı dəstəkləyəcək", - Bleyr deyib.

 

Pilotsuz təyyarələr 595,6 milyon dollarlıq yardım paketinin bir hissəsi kimi göndəriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə