Modern.az

İsveçdən Ukraynaya 700 milyon dollarlıq YARDIM

İsveçdən Ukraynaya 700 milyon dollarlıq YARDIM

Dünya

20 Fevral 2024, 10:58

İsveç Ukraynaya 7,1 milyard kron (təxminən 700 milyon dollar) dəyərində rekord sayda müdafiə yardımı paketini tədarük etməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə İsveçin "Dagens Nyheter" nəşri məlumat yayıb.

 

Məlumata görə, rəsmi Stokholm bu gün İsveçin baş naziri Ulf Kristersson və müdafiə naziri Pol Consonun iştirakı ilə keçiriləcək mətbuat konfranslarında bu barədə məlumat verəcək.

 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə