Belarus və Rusiyanın tarixi üzrə vahid dərsliklər artıq məktəblərdə istifadə olunur.
Modern.az "Reform.by"a istinadən xəbər verir ki, bunu Kuleşov adına Mogilev Dövlət Universitetinin rektoru Denis Duk deyib.
Onun sözlərinə görə, bu dərslik əlavə ədəbiyyat və ya seçmə dərslər və dərindən tədris üçün ədəbiyyat kimi tövsiyə olunur.
Eyni zamanda Duk qeyd edib ki, belə bir dərslik belarus dərsliyini əvəz etmək məqsədi daşımır.