Bu gün Ukraynada Avromaydanda həlak olanların xatirəsi anılır.
Modern.az xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.
Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk xiyabanı ziyarət edib. Onun korteji yola düşdükdən sonra abidəyə sərbəst giriş açılıb.
Xatırladaq ki, 2014-cü il fevralın 20-də 48 etirazçı həlak olub. Fevralın 18-dən fevralın 20-dək Maydanda 78 nəfər, fevralın 20-dən sonra isə daha 20 nəfər həyatını itirib. Ümumilikdə 107 etirazçı ölüb.