Modern.az

Misir Qəzzada düşərgələr qurur

Misir Qəzzada düşərgələr qurur

25 Fevral 2024, 10:42

Misir tezliklə Qəzza zolağında məcburi köçkünlər üçün iki xüsusi düşərgə tikəcək.

 

Modern.az xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.

 

Qeyd olunub ki, Misir hakimiyyəti artıq Qəzzanın cənubunda Xan-Yunis şəhəri yaxınlığında məcburi köçkünlər üçün düşərgə tikintisinə başlayıb.

 

Daha bir çadır şəhərciyi Der əl-Bəlahın şimalında tikiləcək.

 

Xan-Yunis yaxınlığındakı düşərgə 4 minə qədər köçkünü qəbul edə biləcək və yaxın bir həftə ərzində tam hazır olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə