Ukrayna ərazilərinin bərpasında Türkiyə şirkətləri ilə işləyəcək.
Modern.az xəbər verir ki, bunu forumda çıxışı zamanı Ukraynanın Baş naziri Denis Şmıqal söyləyib.
"Türkiyə şirkətləri Ukraynada fəal çalışırlar. Ölkəmizin infrastrukturunun qurulmasına dair Türkiyə şirkətləri ilə çox sayda müqavilələr imzalanıb", - deyə Şmıqal əlavə edib.
Baş nazir bildirib ki, müharibə başlayandan bəri Türkiyə dövləti Ukraynaya böyük kömək edir. Hazırda Ukraynada "Bayraktar"ın zavodu inşa olunur.