Fransa prezidenti Emmanuel Makron Ukraynaya qoşun göndəriləcəyini istisna etməyib.
Modern.az xəbər verir ki, bu barədə "Deutsche Welle" məlumat yayıb.
O, Fransa quru qoşunlarının Ukraynaya cəlb oluna biləcəyini istisna etmir: “Bu gün quru qoşunlarının rəsmi olaraq göndərilməsi ilə bağlı konsensus yoxdur, lakin dinamik inkişafda heç nəyi istisna etmək olmaz”.
Emmanuel Makron Parisdə Ukraynaya yardıma dair konfransın yekununda bu barədə danışıb, lakin o, hansı ölkələrin qoşun göndərmək imkanını nəzərdən keçirdiyini dəqiqləşdirməkdən imtina edib.
İclasda iştirak edən Polşa prezidenti Anjey Duda da Makronun sözlərini təsdiqləyib. O bildirib ki, əsas müzakirə Ukraynaya qoşun göndərib-göndərməməkdən gedir: “Bu məsələ ilə bağlı heç bir razılaşma olmayıb".