İsrail Ramazan ayı boyunca Qəzzadakı hərbi əməliyyatları dayandırmağı qəbul edib.
Modern.az xəbər verir ki, bunu NBC telekanalına müsahibə verən ABŞ prezidenti Co Bayden açıqlayıb.
Onun sözlərinə görə, əldə olunan razılaşmaya əsasən, İsrail tərəfi Ramazan ayı davam etdiyi müddətdə Qəzzada əməliyyatlar aparmayacaq.
Bayden onu da əlavə edib ki, bunun qarşılığında isə HƏMAS-ın əlində olan israilli girovlar sərbəst buraxılacaq.
Qeyd edək ki, mərhələli şəkildə ötən ilin 7 oktyabr tarixindən bəri davam edən HƏMAS-İsrail toqquşması hər iki tərəfdən minlərlə insanın həyatına son qoyub.