Modern.az

HƏMAS atəşkəslə bağlı təklifi nəzərdən keçirir - Ramazan başlayana qədər israrla...

HƏMAS atəşkəslə bağlı təklifi nəzərdən keçirir - Ramazan başlayana qədər israrla...

Dünya

27 Fevral 2024, 10:54

HƏMAS atəşkəs təklifini nəzərdən keçirir.

 

Modern.az "Deutsche Welle"yə istinadən xəbər verir ki, Qəzza zolağında atəşkəs martın 4-də başlaya bilər.

 

Məlumata görə, qruplaşma Misir, Qətər, ABŞ və İsrailin iştirakı ilə Qəzza zolağında vəziyyətin nizamlanması üzrə aparılan danışıqlardan sonra belə bir təklif alıb.

 

Təklif qəbul olunarsa, Qəzza zolağında 40 gün ərzində hərbi əməliyyatlar dayandırılacaq. Razılaşmaya həmçinin HƏMAS-ın əlində olan 40 israilli girovun azad edilməsi də daxildir. İsrail də öz növbəsində 400 fələstinli məhbusu azad edəcək. Bundan əlavə, hər gün Qəzza zolağına humanitar yardım daşıyan 500 yük maşını buraxılacaq.

 

Bundan əvvəl ABŞ prezidenti Co Bayden Qəzza zolağında martın 4-dək atəşkəsin əldə olunacağına ümid etdiyini bildirib: “Biz buna yaxınıq”. 

 

"Reuters" yazır ki, ABŞ müzakirəçiləri müsəlmanların müqəddəs Ramazan ayının başlamasına qədər israrla razılaşma əldə etməyə çalışırlar.

Bu xəbər ilə bağlı
İsrail Ramazan ayı boyunca Qəzzadakı əməliyyatları dayandırmağa razılaşıb
Xəbəri oxu
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə