Rusiya Aİ və ABŞ-dan yüz milyonlarla avro dəyərində sanksiya tətbiq edilən mallar idxal edir.
Modern.az xəbər verir ki, bu barədə ABŞ-da fəaliyyət göstərən Müharibə Araşdırmaları İnstitutu (ISW) gündəlik hesabatında məlumat verib.
Rusiya sanksiyalara baxmayaraq, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində Avropadan silah texnologiyası da daxil olmaqla “həssas” malları təxminən 450 milyon avroya idxal edə bilib.
"Bloomberg" yazıb ki, Rusiya Federasiyası sanksiya tətbiq edilən malların dörddə birini birbaşa Avropa İttifaqı ölkələrindən, qalan hissəsini isə üçüncü ölkələrdən - BƏƏ, Serbiya, Çin, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Ermənistan vasitəsilə idxal edib.
Ukraynanın “Frontelligence Insight” araşdırma təşkilatının məlumatına görə, dronların istehsalında ixtisaslaşan Rusiyanın xüsusi mərkəzi hələ də ABŞ və Tayvanın ikili istifadə texnologiyalarını almağı bacarır.
ISW yazıb ki, beynəlxalq vasitəçilər və Qərb şirkətlərinin Rusiyadakı keçmiş nümayəndələri əməliyyatların həyata keçirilməsinə kömək edir.