Modern.az

Rusların sərhədlərimizi qoruyacağına əmin deyiləm, çıxmalıdırlar - Erməni spiker

Rusların sərhədlərimizi qoruyacağına əmin deyiləm, çıxmalıdırlar - Erməni spiker

Dünya

27 Fevral 2024, 12:24

"Rus sərhədçiləri Zvartnots hava limanında xidmətini dayandırmalıdır".

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" Ermənistan spikeri Alen Simonyana istinadən məlumat yayıb.

 

Mətbuatın bu məsələnin müzakirə olunub-olunmaması ilə bağlı sualına Ermənistan parlamentinin spikeri belə bir müzakirədə iştirak etmədiyini, ola bilsin ki, müvafiq strukturlarla müzakirə aparıldığını, lakin özünün “onlar oradan getməlidirlər” qənaətində olduğunu bildirib.

 

“Bu mənim şəxsi fikrimdir”, - Simonyan deyib.

 

Niyə belə düşündüyünü soruşduqda spiker cavab verib: “Çünki biz ölkəmizin sərhədlərini qoruyacağıq, amma onların qoruyacağına əmin deyiləm”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə