Modern.az

Müxalifət milli ləyaqətini itirib - Gürcüstan spikeri

Müxalifət milli ləyaqətini itirib - Gürcüstan spikeri

Dünya

28 Fevral 2024, 11:16

"Gürcüstanda müxalifət milli ləyaqətini itirib".

 

Modern.az "Sputnik Georgia"ya istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin rəhbəri Şalva Papuaşvili deyib.

 

O, müxalifətçilərin ölkənin məhkəmə sisteminin kadr təminatında həlledici rolun başqa dövlətlərə verilməsi tələbini şərh edərkən bu barədə danışıb.

 

“Hər bir gürcüyə aydındır ki, bu, Gürcüstanın bir dövlət kimi uğursuzluğunun etirafıdır və suverenlikdən imtinaya bərabərdir”, - Papuaşvili fikrini əsaslandırmağa cəhd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə