Modern.az

Ermənistanla münasibətlər heç vaxt bu qədər güclü olmamışdı - Avrokomissar

Ermənistanla münasibətlər heç vaxt bu qədər güclü olmamışdı - Avrokomissar

Dünya

28 Fevral 2024, 11:56

"Biz Aİ ilə Ermənistan arasında münasibətlərdə tarixi bir məqamın şahidi oluruq".

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu beynəlxalq tərəfdaşlıq üzrə Avropa komissarı Juta Urpilaynen bildirib.

 

"Münasibətlər heç vaxt bu qədər güclü olmamışdı", - komissar əlavə edib.

 

Onun sözlərinə görə, hazırda Brüsselin prioriteti Ermənistanda sabitliyi təşviq etməkdir ki, Ermənistan öz xarici siyasət seçimlərini edə bilsin: "Bu məqsədlə Aİ Ermənistanla müdafiə və təhlükəsizlik sahəsində, o cümlədən Avropa Sülh Fondu vasitəsilə əməkdaşlığı inkişaf etdirir, həmçinin onun iqtisadiyyatına investisiyaları artırır".

 

"Qarşıdakı yol çətin ola bilər", - deyə Avropa komissarı xəbərdarlıq edib:

 

“Ermənistanın siyasi, iqtisadi və təhlükəsizlik asılılığına səbəb olan əvvəlki qərarlarını bir gecədə aradan qaldırmaq mümkün deyil”.

 

Qeyd edək ki, Avropa Parlamenti dünən Strasburqda Aİ ilə Ermənistan arasında əlaqələrin möhkəmləndirilməsini müzakirə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə