Modern.az

İrəvan Moskvaya etiraz notası VERDİ

İrəvan Moskvaya etiraz notası VERDİ

Dünya

28 Fevral 2024, 20:28

Ermənistan Rusiyaya etiraz notası göndərib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın yüksək texnologiyalar naziri Mxitar Hayrapetyan bildirib.

 

Onun sözlərinə görə, İrəvan Rusiya kanallarının respublika ərazisində yayımını tənzimləyən qanunvericiliyin pozulması ilə əlaqədar rusiyalı həmkarlarına etiraz notası göndərib.

 

Hyrapetyan vurğulayıb ki, iki ölkənin səlahiyyətli rəsmiləri arasında müzakirələrdən iki ay sonra yenidən qanun pozuntusu qeydə alınıb. Onun sözlərinə görə, son vaxtlar Rusiya efirlərində Ermənistan rəhbərliyinə qarşı təhqiramiz ifadələr tez-tez eşidilir.

 

O, rusiyalı həmkarına İrəvan və ya Moskvada məsləhətləşmələr aparmaq təklifi ilə məktub göndərib.

 

Nazir bildirib ki, kütləvi kommunikasiyalar sahəsində əməkdaşlıq haqqında Rusiya ilə dövlətlərarası sazişin təkmilləşdirilməsinə və ya redaktə edilməsinə ehtiyac var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə