Modern.az

Moldova XİN-dən separatçıların Moskvaya müraciətinə REAKSİYA - Hibrid müharibə gedir

Moldova XİN-dən separatçıların Moskvaya müraciətinə REAKSİYA - Hibrid müharibə gedir

29 Fevral 2024, 15:36

"Dnestryanı bölgənin Moskvaya "kömək" çağırışı hibrid müharibənin başqa elementi və Moldovada vəziyyəti sabitsizləşdirmək cəhdidir".

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Nazir Mixay Popşoy deyib ki, çox güman, bu cür bəyanatlar yenidən səsləndiriləcək, çünki Moldova, təbii ki, Rusiya Federasiyası üçün, o cümlədən qarşıdan gələn prezident seçkiləri və Avropa İttifaqına inteqrasiya ilə bağlı referendum kontekstində hədəf olaraq qalır.

 

Bununla belə, XİN rəhbərinin sözlərinə görə, ölkə öz mövqelərini gücləndirib və bu növ hibrid hücumlara qarşı daha davamlı olub.

 

Qeyd edək ki, Dnestryanı bölgədə separatçı qurum fəaliyyət göstərir və bu qurum Moldovanın "blokada" siyasəti yürütdüyünü bəyan edərək Moskvaya müraciət edib.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə