"İrəvan heç vaxt Rusiya Silahlı Qüvvələrinin 102-ci hərbi bazasının Ermənistandan çıxarılması məsələsini müzakirə etməyib".
Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.
O bildirib ki, Ermənistanın NATO-ya daxil olması da müzakirə edilməyib.
"Lakin ölkə Avropa İttifaqı üzvlüyünə namizəd olmaq barədə düşünür", - erməni spiker əlavə edib.