Modern.az

Yeni Zelandiya sahillərində güclü ZƏLZƏLƏ

Yeni Zelandiya sahillərində güclü ZƏLZƏLƏ

Dünya

3 Mart 2024, 16:23

Sakit okeanda Yeni Zelandiyanın tərkib hissəsi olan Kermadek arxipelaqının cənubunda 5,4 bal gücündə zəlzələ baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən bildirilib.

 

Məlumata əsasən, zəlzələnin episentri Hiks-Bey şəhərindən 675 km şimal-şərqdə olub. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.

 

Xəsarət alan və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə