İsveçrədə 13-cü pensiyanın tətbiqi və pensiya yaşının 65-dən 66-ya qaldırılması ilə bağlı referendum keçirilib.
Modern.az xəbər verir ki, bu barədə İsveçrə hökumətinin saytında məlumat verilib.
Bildirilir ki, birinci təşəbbüs səs çoxluğu ilə qəbul edilib, ikinci qanun layihəsi isə rədd edilib .
Səsvermənin ilkin nəticələrinə görə, seçicilərin 58,24 faizi 13-cü pensiyanın verilməsinin lehinə, 41,76 faizi əleyhinə səs verib. Seçkilərdə 58,34 faiz seçici iştirak edib. Pensiya yaşının artırılması ilə bağlı qanun layihəsini seçicilərin 25,28 faizi dəstəkləyib, 74,72 faizi isə əleyhinə çıxıb.
Qeyd edək ki, İsveçrədə aylıq dövlət pensiyası 2550 avrodur. Qəbul edilən qanun layihəsinə əsasən, vətəndaşlara hər il 13-cü pensiya veriləcək.