Modern.az

Türkmənistanda nanotexnologiya mərkəzi açılır - “Oğuz xan”

Türkmənistanda nanotexnologiya mərkəzi açılır - “Oğuz xan”

Dünya

4 Mart 2024, 10:10

Türkmənistanda innovativ nano-, bio- və informasiya texnologiyaları sahəsində məhsullar hazırlayacaq “Oğuz xan” elmi-texnoloji mərkəzi açacaq.

 

Modern.az xəbər verir ki, bu barədə ölkə prezidenti Sərdar Berdiməhəmmədov müvafiq sərəncam imzalayıb.

 

Mərkəz Türkmənistanın Elmlər Akademiyasına bağlı olacaq.

 

Qurum, həmçinin kibertəhlükəsizlik və süni intellektlə də məşğul olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?