Türkiyə Böyük Millət Məclisi yerli seçkilərə qədər qanunvericilik fəaliyyətini dayandırıb. 31 Martdan sonra gündəm yeni konstitusiya olacaq.
Modern.az xəbər verir ki, bu barədə TRT yazıb.
Bildirilib ki, yeni konstitusiya 28-ci çağırış parlamentin əsas gündəmlərindən birinə çevrilib. Bununla bağlı konkret addımlar atılmağa başlanıb. Yeni konstitusiya TBMM sədri Numan Kurtulmuşun siyasi partiyalarla keçirdiyi nəzakət görüşlərində də gündəmə gətirilib.
Kurtulmuş MHP, CHP, İYİ Partiya, Gələcək və Səadət Partiyalarını ziyarət edib. Yol xəritəsi müzakirə edilib. Seçkidən sonra Kurtulmuşun yeni konstitusiya ilə bağlı təmaslara başlaması gözlənilir. Parlamentdə fraksiyası olan bütün partiyaların nümayəndələrinin daxil olduğu işçi qrupunun yaradılması gündəmdədir. Məqsəd yeni konstitusiya üçün geniş konsensusa nail olmaqdır.
Universitetlərin, qeyri-hökumət təşkilatlarının və peşə təşkilatlarının iştirakı da təmin ediləcək.