Modern.az

Almaniya səfiri Rusiya XİN-ə çağırılıb

Almaniya səfiri Rusiya XİN-ə çağırılıb

Dünya

4 Mart 2024, 11:26

Almaniyanın Moskvadakı səfiri Aleksandr Lambsdorf Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

 

Martın 1-də “Rossiya Seqodnya” media qrupunun və RT televiziya kanalının baş redaktoru Marqarita Simonyan fevralın 19-da Bundesverin yüksək rütbəli zabitləri arasında baş verdiyi iddia edilən söhbətin audio yazısını dərc edib.

 

Onlar Krım körpüsünə hücumlar da daxil olmaqla, Ukraynanın uzaqmənzilli “Taurus” raketlərindən potensial istifadəsini müzakirə ediblər. Almaniya Müdafiə Nazirliyi hərbi söhbətin dinlənildiyini bildirib. Nazir Boris Pistorius bunu informasiya müharibəsi adlandırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə