Modern.az

Gürcüstanda əhalinin sayı azalır

Gürcüstanda əhalinin sayı azalır

Dünya

4 Mart 2024, 13:32

Gürcüstanda son bir neçə il ərzində ölüm sayı doğum sayını üstələyib.

 

Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə demoqrafik məsələlər üzrə ekspert Merab Xmaladze bildirib. Onun sözlərinə görə, 2021-ci, 2022-ci və 2023-cü illərdə Gürcüstanda əhali sayında azalma qeydə alınıb. Buna əhali arasında ölüm nisbətinin artması, doğum səviyyəsinin isə azalması səbəb olub. Qismən artım yalnız Acarıstan, Tbilisi və Kvemo Kartli bölgələrində müşahidə edilib.

 

Ekspert deyib ki, son üç ildə ən çox artım Gürcüstanın etnik azərbaycanlı vətəndaşları arasında qeydə alınıb.

 

Bununla belə, son illərdə bəzi müsbət tendensiyalar da baş verib. Bu, ilk növbədə, körpələr və bir yaşadək uşaqlar arasında ölüm səviyyəsinin azalması və orta ömür müddətinin artmasıdır.

 

Ekspertin fikrincə, doğum nisbətinin artması üçün ailələri təşviq etmək və müxtəlif sosial layihələr həyata keçirmək lazımdır, əks halda Gürcüstan əhalisinin sayı azalmaqda davam edəcək.(AZƏRTAC)

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə