Modern.az

Gürcüstanda xərçəng xəstələri etiraza qalxdı - Baş nazirlə görüş tələb olunur

Gürcüstanda xərçəng xəstələri etiraza qalxdı - Baş nazirlə görüş tələb olunur

4 Mart 2024, 15:02

Gürcüstanda xərçənglə mübarizə aparan vətəndaşlar və onların ailə üzvləri baş nazirlə görüş tələb edirlər.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, onların keçirdiyi aksiyanın şüarı "Mən yaşamaq istəyirəm!" şəklindədir.

 

Mitinq iştirakçıları hökumətin xərçənglə mübarizə proqramının indiyədək xeyirdən çox problem gətirdiyini bildiriblər. Bürokratiya ucbatından xərçəng xəstələri dövlətin əməliyyat və müalicə üçün vəd etdiyi maliyyə vəsaitini aylarla gözləyirlər, həyati vacib dərmanlar satışdan yoxa çıxır.

 

“Həyat üçün birlik” tərəfindən bəzi tələblər irəli sürülüb. Bunlara dövlət proqramını daha çevik etmək, adambaşına 25 min lari limitini götürmək, müalicəni tam maliyyələşdirmək və dərman qıtlığını aradan qaldırmaq kimi tələblər daxildir.

Bu xəbər ilə bağlı
Süd vəzi xərçəngi ilə mübarizə aparanlar üçün oxunmalı 3 KİTAB
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir