Modern.az

Ermənistanın yeni iqtisadiyyat naziri Papoyan OLDU

Ermənistanın yeni iqtisadiyyat naziri Papoyan OLDU

5 Mart 2024, 12:12

Gevork Papoyan Ermənistanın yeni iqtisadiyyat naziri təyin olunub.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidenti Vahaqn Xaçaturyan sərəncam imzalayıb.

 

O, bu vəzifədə hazırda səs-küylü korrupsiya işi üzrə ev dustaqlığında olan Vahan Kerobyanı əvəz edib.

 

Papoyan deputat mandatından imtina edərək hökumətə qoşulub. Məlumata görə, bu, hakim partiyanın qərarı olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir