ABŞ Hərbi Hava Qüvvələrinin istefada olan polkovnik-leytenantı tanışlıq saytında Ukrayna və ölkənin milli müdafiəsi ilə bağlı məxfi məlumatları açıqlayıb.
Modern.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu yaxınlara qədər ABŞ Strateji Komandanlığında (USSTRATCOM) ABŞ Hərbi Hava Qüvvələrinin mülki işçisi kimi çalışmış 63 yaşlı Devid Franklin Sleyter daha sonra özünü ukraynalı kimi təqdim edən şəxslə ünsiyyətə başlayıb.
O, mütəmadi olaraq kəşfiyyat məlumatı istəyir, Sleyteri özünün "sevimli gizli məlumatçısı" və "gizli agent" adlandırıb. Təxminən 2021-ci ilin avqustundan 2022-ci ilin aprelinə qədər məxfi məlumatlara çıxış əldə edib və Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı brifinqlərdə iştirak edib.
İşçi həbs edilib və onu 10 ilə qədər həbs gözləyir.