Modern.az

Nazir skandal sızdırılma ilə bağlı detalları açıqladı - Sinqapurdakı hotelin Wi-Fi-ı...

Nazir skandal sızdırılma ilə bağlı detalları açıqladı - Sinqapurdakı hotelin Wi-Fi-ı...

Dünya

5 Mart 2024, 14:48

Alman zabitləri arasındakı söhbət iştirakçılardan birinin etibarsız vasitələrlə əlaqə qurması səbəbindən Rusiyaya sızdırılıb.

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Almaniyanın müdafiə naziri Boris Pistorus məlumat verib.

 

O, idarənin rabitə sistemlərinin sındırılmadığını və məsələnin şəxsi səhv olduğunu vurğulayıb.

 

Nazirin sözlərinə görə, söhbət iştirakçılarından biri Sinqapurda olarkən, yerləşdiyi hotelin Wi-Fi vasitəsilə Bundesver söhbətinə qoşulub.

 

Xatırladaq ki, alman zabitlərinin Ukraynanın müdafiəsi ilə bağlı söhbətləri Rusiya kəşfiyyatının əlinə keçmiş və Kremlin təbliğat ruporları tərəfindən mətbuata sızdırılmışdı. Bu məsələ böyük skandala səbəb olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?