Kipr Respublikasının xarici işlər naziri Konstantinos Kombos Ermənistana səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər 6-7 mart tarixlərində baş tutacaq.
Martın 7-də Ermənistan və Kiprin xarici işlər nazirlərinin görüşü baş tutacaq. Daha sonra xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçiriləcək.