Modern.az

Baş nazir istefa verdi

Baş nazir istefa verdi

Dünya

6 Mart 2024, 10:40

Perunun Baş naziri Alberto Otarola ötən həftə sonu ortaya çıxan səs yazılarına görə istefa vermək məcburiyyətində qalıb.

 

Modern.az “El Pais” qəzetinə istinadla xəbər verir ki, səs yazısında Baş nazirin 25 yaşlı gənc qadına sevgisini etiraf etdiyi görünür.

 

Peru televiziyasının məlumatına görə, həmin qadın 2022-ci ilin dekabrında - Alberto Otarola müdafiə naziri işlədiyi dövrdə onun ofisində olub. İki aydan sonra qadın nazirlikdə işləmək təklifini rədd edib. Daha bir səs yazısında isə qadın Alberto Otarolanın onu təqib etdiyindən şikayətlənir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?