Modern.az

Tixanovskaya Bolqarıstanda - Demokratik Belarusun Dostluq Qrupu yaradılıb

Tixanovskaya Bolqarıstanda - Demokratik Belarusun Dostluq Qrupu yaradılıb

6 Mart 2024, 12:44

Bolqarıstan parlamentində Demokratik Belarusun Dostluq Qrupu yaradılıb.

 

Modern.az Belarus mətbuatına istinadən xəbər verir ki, mühacirətdə olan müxalifət lideri, bir sıra Qərb ölkələri tərəfindən son prezident seçkilərində qələbəsi tanınan və ölkə prezidenti kimi qəbul edilən Belarus demokratik qüvvələrinin rəhbəri Svetlana Tixanovskaya Bolqarıstana səfər edib.

 

O, səfər çərçivəsində bu ölkə parlamentinin sədri Rosen Jelyazkov ilə görüşüb. Spiker qeyd edib ki, Bolqarıstan Belarus parlamenti ilə əməkdaşlığı dayandırıb və fevralda keçirilən parlament seçkilərini tanımır.

 

Bundan əlavə, spiker Rosen Jelyazkov parlamentdə yaradıldığını Demokratik Belarusun Dostluq Qrupu təsdiqləyib. Öz növbəsində Svetlana Tixanovskaya bu qrupa müxtəlif siyasi partiyaların nümayəndələrinin daxil olacağına ümid etdiyini bildirib.

Sizə yeni x var
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir