Modern.az

Çin nümayəndəsi Ukraynada danışıqlar apardı 

Çin nümayəndəsi Ukraynada danışıqlar apardı 

Dünya

8 Mart 2024, 16:53

Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui Kiyevdə Ukrayna prezidentinin ofisinin rəhbəri Andriy Yermakla görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, Ukrayna və Çin tərəfləri iki ölkə arasındakı münasibətlər və Ukraynadakı müharibə barədə səmimi söhbət aparıblar.

 

Yermak bildirib ki, görüşdə Çin nümayəndə heyəti döyüş meydanındakı vəziyyət, taxıl dəhlizinin fəaliyyəti, həmçinin Rusiya tərəfindən deportasiya edilmiş ukraynalı uşaqların geri qayıtması barədə məlumat alıb. Bundan əlavə, görüşdə Rusiya tərəfindən hərbi əsirlərlə rəftarla bağlı Cenevrə Konvensiyasının kobud şəkildə pozulması məsələləri də vurğulanıb.

 

O qeyd edib ki, Li Hui iqtisadiyyat naziri Yuliya Sviridenko və xarici işlər naziri Dmitri Kuleba ilə birlikdə Ukraynanın “sülh formulu” əsasında “Ukrayna üçün ədalətli sülhün bərqərar olması perspektivlərini” müzakirə ediblər. 

 

Qeyd edək ki, martın 2-də Li Hui Ukraynadakı müharibənin həllinə yönəlmiş Avropa turnesinə çıxıb. Tur çərçivəsində Li Moskva, Brüssel və Kiyevdə olub. Onun Polşa və Almaniyaya səfərləri də olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat