Modern.az

İndoneziyada təbii fəlakət - Ölənlər var

İndoneziyada təbii fəlakət - Ölənlər var

Dünya

9 Mart 2024, 17:20

İndoneziyanın Qərbi Sumatra əyalətində daşqınlar və torpaq sürüşmələri nəticəsində üç nəfər ölüb, on nəfər itkin düşüb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, cümə axşamı yağan güclü leysan əyalətin on rayon və şəhərində daşqınlara, torpaq sürüşmələrinə və körpülərin dağılmasına səbəb olub.

 

Daşqınlar yolları su altında qoyub, nəqliyyatı iflic edib, on minlərlə evə ziyan vurub.

 

Yerli hakimiyyət orqanlarının məlumatına görə, təbii fəlakətdən zərər çəkən bölgələrə ərzaq, dərman və digər zəruri yardımlar göndərilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?