Məşhur türkiyəli aktyor Kayhan Yıldızoğlu vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə aktyorun qızı Sibel Aybar məlumat verib.
O, 90 yaşında dünyasını dəyişib.
Aktyorun dəfn mərasimi bazar ertəsi keçiriləcək.
Yıldızoğlu “Kurtlar Vadisi Pusu”, “Akasya durağı”, “Selena”, “Yabancı damat”, “Cennet mahallesi” və digər məşhur seriallarda rol alıb.