Modern.az

Türkmənistan Ağsaqqallar Şurasının iclasına ev sahibliyi edəcək

Türkmənistan Ağsaqqallar Şurasının iclasına ev sahibliyi edəcək

10 Mart 2024, 13:12

Türkmənistan Ağsaqqallar Şurasının 15-ci iclasına ev sahibliyi edəcək.

 

Modern.az xəbər verir ki, şuranın iclası 11-13 mart 2024-cü il tarixlərində Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək.

 

Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov bu barədə müvafiq qərar imzalayıb.

 

Sənəd "mehriban qonşuluq və qarşılıqlı anlaşma prinsiplərinə əsaslanan Türk Dövlətləri Təşkilatı (OTG) və üzv dövlətlərlə çoxşaxəli münasibətlərin və konstruktiv əməkdaşlığın daha da inkişaf etdirilməsi və hərtərəfli möhkəmləndirilməsi məqsədilə" imzalanıb.

 

Qeyd edək ki, OTG Ağsaqqallar Şurasının 14-cü iclası 2023-cü ilin oktyabrında Səmərqənddə keçirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat