Modern.az

Ukrayna tədqiqatçıları dünyanın ən böyük balinalarından birini AŞKARLAYIBLAR

Ukrayna tədqiqatçıları dünyanın ən böyük balinalarından birini AŞKARLAYIBLAR

11 Mart 2024, 09:44

Dünyanın ən böyük balinalarından biri Ukraynanın "Akademik Vernadski" stansiyasının yaxınlığında aşkarlanıb.

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, Ukraynanın Antarktidada apardığı tədqiqatların bütün illərində üzgəcli balina ilə ilk sənədləşdirilmiş "görüş" Argentina adaları yaxınlığındakı Penola boğazında baş tutub.

 

Bu balina növü planetdə ikinci ən böyük balinadır. Uzunluğu 26 metrə, çəkisi isə 75 tona çata bilər. Tədqiqatçılar üzgəc balinasının şəklini çəkib, dəri və piyindən nümunələr götürə biliblər. Bu, onun cinsini öyrənməyə və vəziyyəti haqqında daha çox məlumat əldə etməyə kömək edəcək.

 

"Keçən əsrdə balina ovu zamanı Antarktida yaxınlığındakı sularda üzgəcli balinalar praktiki olaraq məhv edilib. Lakin son illərdə onların populyasiyası intensiv şəkildə bərpa olunub və onlar vaxtilə yaşadıqları yerə qayıdırlar", - deyə qeyd olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat