Modern.az

Əməliyyat üçün heç kimdən icazə istəməyəcəyik! - Yaşar Gülər

Əməliyyat üçün heç kimdən icazə istəməyəcəyik! - Yaşar Gülər

11 Mart 2024, 10:28

Türkiyə öz sərhədləri yaxınlığında antiterror əməliyyatı keçirmək üçün heç kimdən icazə istəməyəcək.

Modern.az xəbər verir ki, bunu “Hürriyyət” qəzetinə müsahibəsində Milli Müdafiə naziri Yaşar Gülər ​​deyib.

Nazirin qeyd etdiyi kimi, Türkiyə Silahlı Qüvvələri yayda İraqın şimalında ölkədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasına (PKK) qarşı genişmiqyaslı quru əməliyyatı keçirmək niyyətindədir.

Gülər ​​ABŞ və Rusiyanın mümkün reaksiyasını şərh edərkən, “Ölkəmizin təhlükəsizliyinə gəlincə, biz heç kimdən heç nə tələb etmirik və lazım olanı edirik... Biz heç kimin əmrinə tabe olmamışıq və tabe olmayacağıq” deyib.

Türkiyə Silahlı Qüvvələri mütəmadi olaraq Kürdüstan Fəhlə Partiyasına (PKK) qarşı havadan və hədəfli əməliyyatlar keçirir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl demişdi ki, Ankara yayda İraqla “sərhəd təhlükəsizliyi məsələsini həll etməyi” düşünürir. Onun sözlərinə görə, Türkiyə tərəfi Suriyada “təhlükəsizlik dəhlizi” (30-40 kilometr) yaratmağa da çalışır.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat